Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 12 xəstə Xankəndidən Ermənistana aparılıb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, sağalan daha 8 xəstə isə Ermənistandan Qarabağa geri qaytarılıb.
Qeyd edək ki, Laçın yolunda aksiya başlayandan indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 317 xəstə Xankəndidən Ermənistana aparılıb.