Türkiyənin İzmir və Mersin vilayətlərində FETÖ-yə qarşı keçirilən əməliyyatda keçmiş 12 polis əməkdaşı saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən FETÖ-yə qarşı aparılan istintaqda adları keçən keçmiş 13 polis əməkdaşı haqqında həbs qərarı verilib.
İzmir vilayətinin Menemen, Bergama və Torbalı rayonları ilə Mersindəki 13 ünvana təşkil olunan əməliyyatda 12 şübhəli saxlanılıb.
Qeyd edilib ki, digər şübhəlinin axtarışları davam edir.