12 ölkənin müdafiə nazirləri Ukraynaya görə toplandı

12 ölkənin müdafiə nazirləri Ukraynaya görə toplandı

12 Şimali Avropa ölkəsinin müdafiə nazirləri və yüksək vəzifəli rəsmiləri NATO-nun şərq cinahında təhlükəsizlik məsələlərini və Ukraynanın müdafiəsini gücləndirmək və Vilnüsdə keçiriləcək sammiti müzakirə etmək üçün Polşada bir araya gəliblər.

AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.

Şimal qrupunun görüşü Varşava yaxınlığında baş tutub. Görüşdən sonra Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib ki, danışıqlar çox yaxşı keçib və əsas diqqət qrupa daxil olan ölkələrin təhlükəsizliyini təmin etmək yollarının əlaqələndirilməsinə yönəlib.

O, Polşanın Böyük Britaniya və İsveçlə əməkdaşlığının xüsusilə sıx olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Rusiyadan gələn təhdidlərlə bağlı ölkələrin oxşar baxışları var.

Teqlər: