12 May – Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar Qida
Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii
Sərvətlər nazirlikləri tərəfindən birgə ağacəkmə aksiyası
keçirilib.
Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun
Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, ictimaiyyətin bitkilərin mühafizəsinə cəlb
edilməsi, bitki zərərvericiləri və xəstəliklərinin məhsul itkisinə
səbəb olması barədə maarifləndirilməsi, sağlam bitkilərin
ekosistemə müsbət təsiri və qida təhlükəsiziliyinin vacibliyinin
diqqətə çatdırılması məqsədilə hər il may ayının 12-si Beynəlxalq
Bitki Sağlamlığı Günü kimi qeyd olunur.