12 ailənin yaşadığı binada yanğın baş verdi

12 ailənin yaşadığı binada yanğın baş verdi

Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, 12 ailənin yaşadığı, ümumi sahəsi 688 kvadratmetr olan ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində, 1975-ci il təvəllüdlü Rafiq Orucova məxsus mənzildə yanğın baş verib.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və iki texnikası cəlb olunub, yanğın söndürülüb və sakinlər binadan təxliyə edilib.

İlkin məlumata görə, yanğın nəticəsində 30 kvadratmetr ərazi yanıb. Yanğın zamanı mənzilin sahibi evdə olmayıb.

Yanğına elektrik xətlərində qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: