2022-ci ilin yanvar-mart aylarında 118,5 min pensiya, müavinət
və təqaüd rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada təyin
edilib.
Bu barədə Trend-ə Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyindən
(ƏƏSMN) xəbər verilib.
Onlardan 8,4 mini pensiya, 110,1 mini müavinət və təqaüd
təyinatları olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu
ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və
təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat
növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd
təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik
aparılmasına imkan verir.
Cari ilin 1 aprel tarixinədək 56,7 mini pensiya, qalanı müavinət
və təqaüdlər olmaqla ümumilikdə 387,6 min təyinat e-qaydada həyata
keçirilib.