

Rusiya müharibənin 1171-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 662 təyyarəsi, 283 helikopteri, 56 506 PUA-sı, 605 zenit-raket kompleksi, 23 249 tank və digər zirehli texnikası, 1 560 reaktiv yaylım atəş sistemi, 24 608 artilleriya və minaatanı, 35 193 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.