Türkiyə Milli Müdafiə Nazirliyi 115 cüt corab toxuyub Mehmetciklərə hədiyyə edən 117 yaşlı Zeliha nənəni evində ziyarət edib.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
“Yalova şəhərinin Çiftlikköy mahalında yaşayan Zeliha Barlas yaşı 100-dən çox olmasına baxmayaraq toxuduğu bir-birindən gözəl, rəngli corabları Mehmetciklərimizə hədiyyə edib. Zeliha nənənin bizi duyğulandıran məktubundan sonra Milli Müdafiə Nazirliyi olaraq onu evində ziyarət etdik və hədiyyə etdiyi 115 cüt yun coraba görə Zeliha nənəmizə təşəkkür etdik”, – məlumatda bildirilib.
Zeliha Barlas onu ziyarətə gələn Milli Müdafiə Nazirliyinin hərbçilərinə, “Xoş gəlmisiniz. Allah sizə uzun ömür versin. Allah sizdən razı olsun. Xoş günlərdə geyinsinlər. Allah ayaqlarınıza daş dəydirməsin”, – deyib.
www.yenicag.az