Bu gün 1100 Azərbaycan vətəndaşı Kiyevin dəmir yolu vağzalından
qatarla Mogilyov-Podolsk şəhərinə yola salınıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzerTimes-a
verilən məlumata görə, Ukraynada yaranmış gərgin vəziyyətlə
əlaqədar olaraq ciddi təhlükə ilə üzləşmiş Azərbaycan
Respublikasının vətəndaşları üçün planlaşdırılan qatara minik
biletsiz, canlı növbə əsasında həyata keçirilib.
Ukraynanın Vinnitsa vilayətinə daxil olan Mogilyov-Podolsk
şəhəri Moldova ilə sərhəddə yerləşir. Son məntəqəyə çatdıqdan sonra
vətəndaşlarımızın Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir.
Onlar Moldova ərazisində yarana biləcək məsələlərlə bağlı
Azərbaycan Respublikasının Moldovadakı səfirliyi ilə əlaqə saxlaya
bilərlər:
+373 781 81 361
+373 789 91 849
+373 222 32 277