110-dan çox ölkə ÜST-ün COVID-19 peyvəndi ilə əhatə olunma hədəfindən geri qalır

Hazırda 116 ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşısına
qoyduğu hədəfə çatmaq üçün peyvəndləmə cədvəlindən geri qalır.
Təşkilatın məqsədi 2022-ci ilin ortalarına qədər hər dövlətdə
əhalinin ən azı 70 faizinin peyvənd edilməsidir.

AzerTimes-ın
məlumatına görə, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom
Qebreyesus bildirib.

O, ABŞ-ın təşkil etdiyi COVID-19 üzrə Beynəlxalq Forumda çıxış
edərkən qeyd edib: “Hazırda 116 ölkə bu ilin ortalarına qədər bütün
ölkələrdə əhalinin 70 faizini peyvənd edilməsi ilə bağlı ümumi
hədəfimizə çatmaq üçün qrafikdən geri qalır”.


Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, bəzi
ölkələrdə əhalinin peyvəndə əlçatanlığının aşağı olması
koronavirusun digər variantlarının yayılmasına səbəb olur.

Qebreyesus bəşəriyyətin bu il pandemiyanı nəzarət altına ala
biləcəyini söyləyib.

Teqlər: