11 sığorta agentinin lisenziyası ləğv edildi

11 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) 10 fiziki şəxsə və 1 hüquqi şəxsə (Silk Rovv Travel MMC) sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

AzerTimes xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bununla bağlı qərar “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qəbul edilib.

Qərara əsasən, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.

Teqlər: