Suriya və Səudiyyə Ərəbistanı qarşılıqlı şəkildə səfirliklərini açmağı planlaşdırırlar.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və bir sıra ölkələr 2012-ci ildə Prezident Bəşər Əsəd rejiminin apardığı siyasətə etiraz olaraq Suriyada diplomatik nümayəndəliklərin fəaliyyətini dayandırmışdı.
Hazırda bir sıra ərəb ölkələri Suriyanın Ərəb Liqasına qaytarılması üçün səylər göstərir.