İran Prezidenti İbrahim Rəisi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ər-Riyadda görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Məlumata görə, görüş Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ər-Riyadda keçirilən fövqəladə birgə sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, bu görüş, İran və Səudiyyə Ərəbistanının dövlət başçıları arasında son 11 ildə ilk təkbətək görüş idi.