11-ci siniflər üçün növbəti buraxılış imtahanı başlayıb

Bu gün Bakı şəhərinin Nəsimi, Sabunçu, Səbail rayonlarında,
Naxçıvan MR-də, Ağsu, Astara, Bərdə, Daşkəsən, Gədəbəy, Göygöl,
Goranboy, İsmayıllı, Masallı, Sabirabad, Tərtər, Tovuz, Xaçmaz
rayonlarında, Şəki və Naftalan şəhərlərində Dövlət İmtahan Mərkəzi
tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, imtahan
saat 11:00-da başlanıb.

İmtahanda 26697 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 9 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil,
eşitmə əngəlli və digər) abituriyent də iştirak edir. Bu
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi
nəzarətçilər təyin edilib.

İmtahanın təşkil edilməsi üçün ümumilikdə 124 imtahan binası,
2058 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına 124 ümumi
imtahan rəhbəri, 329 imtahan rəhbəri, 2524 nəzarətçi–müəllim, 249
buraxılışı təşkil edən əməkdaş (mühafizə), 124 bina nümayəndəsi
cəlb olunub.

Teqlər: