1048 nəfər namizədlik üçün müraciət edib

1048 nəfər namizədlik üçün müraciət edib

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1048 nəfər namizədlik üçün müraciət edib.

AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, onlardan 700-nün namizədliyinin irəli sürülməsi təsdiqlənib.

MSK sədri qeyd edib ki, bütün proseslər axıra çatdırılana qədər seçki məntəqələrindəki vebkameralar fəaliyyət göstərəcək: “1000 məntəqədə vebkamera quraşdırılıb. Bu, aşkarlığın ən yüksək göstəricisidir. Eyni zamanda azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılıb”.

Teqlər: