![1047-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 1047-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi](https://azertimes.az/wp-content/uploads/1047-ci-gun-rusiya-ukraynanin-itkilerini-yeniledi-300x180.jpg)
![](https://azertimes.az/wp-content/uploads/1047-ci-gun-rusiya-ukraynanin-itkilerini-yeniledi.jpg)
Rusiya müharibənin 1047-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 652 təyyarəsi, 283 helikopteri, 39 453 PUA-sı, 590 zenit-raket kompleksi, 20 234 tank və digər zirehli texnikası, 1 506 reaktiv yaylım atəş sistemi, 20 207 artilleriya və minaatanı, 29 883 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.