1000-dən müəllimin iş yeri daimiləşib

Xəbər - Çingiz Səfərli – Trend:

Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələri üzrə vakant yerə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər üçün 2021-ci ilin fevral, aprel və may aylarında onlayn müsahibələr keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzerTimes-a verilən məlumata görə, müsahibələr nəticəsində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan 1 010 nəfər müəllimin iş yeri daimiləşib.


“2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə (65 yaş) çatmış 395 müəllimlə müddətli müqavilə bağlanıb”, – məlumatda qeyd edilib.

Teqlər: