Şirkət 4G dəstəkləyən SİM kartları pulsuz təqdim edir.
Azercell-in 5GB aylıq internet paketi qazandıran kampaniyası davam edir. Ötən ilin oktyabrında başlayan kampaniya çərçivəsində artıq 100 mindən çox Azercell abunəçisinin SİM kartı dəyişdirilib. Onların hər birinə ödənişsiz əsaslarla 4G-ni dəstəkləyən yeni SİM kartla yanaşı, 5Gb aylıq internet paketi də hədiyyə olunub.
Müasir dövrün çağırışları istənilən sahədə (bank, nəqliyyat, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər və s.) yüksək texnologiyalardan istifadəni zəruri edir. Hazırda Azercell-in 4G şəbəkəsi ilə 240 mbit/san qədər endirmə, 95 mbit/san qədər isə yükləmə sürəti əldə olunur. Azercell-in 4G texnologiyası abunəçilərin mobil TV, videokonfrans, onlayn oyun, müxtəlif proqramlardan daha rahat istifadəsinə və kəsintisiz səsli zənglər etməsinə, böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləməsinə, bu faylları daha tez yükləyib ötürməsinə şərait yaradır.
4G-nin üstünlüklərindən istifadə etmək üçün 4G-ni dəstəkləyən mobil telefonun və yeni nəsil LTE texnologiyasını dəstəkləyən USİM sim kartının olması əsas şərtdir. SİM kartın 4G dəstəkləməsini yoxlamaq üçün 4G yazıb 2525-ə göndərmək kifayətdir. Əgər SİM kart bu texnologiyanı dəstəkləmirsə, istənilən Azercell satış və ya xidmət mərkəzinə yaxınlaşaraq ödənişsiz əsaslarla nömrənin 4G dəstəkləyən dublikatını əldə etmək və birdəfəlik bonus şəklində 5Gb aylıq internet paketi qazanmaq mümkündür. Qeyd edək ki, kampaniya yalnız 4G şəbəkəsini dəstəkləməyən SİM karta sahib olan abunəçilərə şamil olunur.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,7% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.