100-dən çox kəndimizi itirdik – Qaribaşvili

100-dən çox kəndimizi itirdik – Qaribaşvili

Bidzina İvanişvili hakimiyyətə gəlməsəydi, bu gün bizim ölkəmiz mövcud olmayacaqdı, çünki Gürcüstan müharibəyə cəlb olunacaqdı və bura ikinci Mariupol olacaqdı.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə olduğu kimi, indi də vətəndaşlar bu müharibənin qurbanı ola bilərdi:

“Bu çılqınlığın və axmaqlığın qurbanı kim olacaqdı? 2008-ci ildə nələr baş verdi, hamısını xaıtırlayırıq. Biz bu müharibədə dünyaya özünü güldürən yerə uzanmış Ali Baş Komandan (Saakaşvilini – red.) gördük. Müharibənin qurbanları isə bizim vətəndaşlarımız oldu, bununla yanaşı biz bir çox ərazilərimizi, 100-dən çox kəndimizi itirdik, on minlərlə qaçqınımız oldu. Bu, onların başladıqları məsuliyyətsiz siyasətin davamıdır”.

Teqlər: