10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir – Matviyenko

Xəbər - Elçin Mehdiyev – Trend:

Rusiya və Azərbaycanın əlaqələri strateji müttəfiqlik səviyyəsindədir.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiyada səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirən V.Matviyenko münasibətlərin daha da dərinləşməsində iki ölkə prezidentlərinin rolunu xüsusi vurğulayıb.

O, Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirərək söyləyib ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərə mühüm töhfə verir.

Federasiya Şurasının sədri üçtərəfli 10 noyabr bəyanatından danışaraq qeyd edib ki, bu sənəd regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir.

V.Matviyenko Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə də toxunaraq Mərkəzin düzgün və obyektiv məlumatların verilməsində müsbət rol oynayacağına inamını ifadə edib. Söhbətdə region dövlətləri arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti də qeyd olunub.

Teqlər: