10 mülki şəxs öldü, rus general sevinir – Video

10 mülki şəxs öldü, rus general sevinir – Video

Xəbər verdiyimiz kimi, Rusiya ordusu bir neçə gün əvvəl Ukraynanın Kramatorsk şəhərindəki restoranı raketlə vurmuşdu. Raket zərbəsi nəticəsində 10-dan çox mülki şəxs ölmüş, 60-dan çox şəxs yaralanmışdı. Ölənlər arasında yeniyetmə qızlar da vardı.

AzerTimes “Şəbəkə” Teleqram kanalına istinadla xəbər verir ki, rusiyalı jurnalist, müharibənin əsas təbliğatçılarından olan Solovyovun verilişində rusiyalı general həmin hadisə ilə fəxr etdiyini bildirir.

“Kramatorska zərbə sadəcə möhtəşəmdir. Bunu kim planlayıb, kim icra edib – onların qarşısında papağımı çıxarıram. Mənim köhnə hərbçi ürəyim sevinir”, – o deyib.

Teqlər: