10 min mühacir Meksikadan ABŞ sərhədinə doğru yollanıb.
AzerTimes xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.
Məlumata görə, 24 fərqli ölkədən köç edən mühacirlərin 3 mini 14 yaşına qədər uşaqdır.
Meksika və ABŞ rəsmiləri sərhəddə təhlükəsizlik qüvvələrini daha da artıracaqlarını bildiriblər.