Sabah (10 iyul) səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir.