Avqustun 7-dən bu günə kimi təcili tibbi yardıma günvurma ilə əlaqədar 6 nəfər müraciət edib.
AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi-eksperti, terapevt Zakir Quliyev deyib.
O bildirib ki, onlardan 3-ü hospitalizasiya olunub, 3-ünə isə yerində yardım göstərilib.