Yevlaxda aprelin 16-da kanalda batan 23 yaşlı şəxsin meyiti
tapılıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Yuxarı
Qarabağ su kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən
hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılzadə
Sərxan Rizvan oğlunun axtarışları başa çatıb.
S.İsmayılzadənin meyiti kanalın Yevlax şəhəri, Malbinəsi kəndi
ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 20 km aralı)
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti
üzrə təhvil verilib.