10-dan çox dövlət Şimali Koreyadan diplomatlarını çıxardı – Ərzaq çatışmır

Xəbər - Orxan Nəbiyev – Trend:

12 dövlət Şimali Koreyada öz nümayəndəliklərini bağlayıb, beynəlxalq humanitar təşkilatların xarici əməkdaşları isə ölkəni tərk edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyi öz “Facebook” səhifəsində yazıb.

Qeyd olunur ki, bu qərar ölkədəki kəskin ərzaq və dərman çatışmazlığı ilə əlaqədar verilib.


Böyük Britaniya, Venesuela, Braziliya, Almaniya, İtaliya, Nigeriya, Pakistan, Polşa, Çexiya, İsveç, İsveçrə, Fransa öz nümayəndəliklərinin fəaliyyətini dayandırıb.

Məlumatda qeyd olunur ki, hazırda Şimali Koreyada 9 ölkənin səfiri və 4 ölkənin müvəqqəti işlər vəkili fəaliyyət göstərir. Mövcud nümayəndəliklərin əməkdaşlarının sayı isə minimuma endirilib.