10 azərbaycanlı tələbə Kiyevdən çıxarılıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Bir neçə gündür Kiyevdəki yaşayış binalarından birinin
avtodayanacağında çətin vəziyyətdə qalan 9 azərbaycanlı tələbə
Ukrayna paytaxtını tərk edib.

Bu barədə Trend
Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, onların sıralarına daha bir tələbə soydaşımız
qoşulub və qatarla Kiyevdən daha təhlükəsiz istiqamətə yola
düşüblər. Diasporla İş üzrə Dövlət Komitəsi tələbələrlə daimi
əlaqədədir, onların valideynlərindən və yaxınlarından narahat
olmamağı xahiş edir.

Tələbələr uyğun şərait yaranan kimi Ukrayna ilə həmsərhəd olan
ölkələrdən birinin ərazisinə keçiriləcək və oradan Azərbaycana
təxliyə olunacaqlar.

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət
Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi
istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə
koordinasiyalı şəkildə davam etdirir.

Teqlər: