İstənilən peşəkar siyasətçi şou göstərmir, qarşısına məqsəd qoyur. Paşinyandan fərqli olaraq, İlham Əliyev həm taktikanı, həm də strategiyanı bilən peşəkar siyasətçidir.
AzerTimes xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.
“2020-ci ildən sonra da dedim ki, Əliyev Qərb platformasında Qarabağ məsələsini, daha sonra Rusiyanın köməyi ilə Mehri yolu (Zəngəzur dəhlizi – red.) məsələsini həll etməyə çalışacaq. İndi Əliyev Qarabağ məsələsini həll edib və onun Qərb platformasından götürəcəyi heç nə yoxdur. Qərbin hələ Azərbaycandan qazanacağı çox şey var. Onlar enerjidən asılıdırlar. Əliyev bütün məsələləri Praqa və Brüsseldə həll etdi. Əliyev Qərbin dəstəyi ilə Paşinyanın Qarabağın statusundan imtina etməsini və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını təmin etdi, hüquqi baxımdan məsələni birdəfəlik bağladı. İndi də Rusiya platformasında Mehri yolunun açılması məsələsini həll etmək istəyir”, – o bildirib.