Venesuela höküməti neft satışından 300 milyon dollar gəlir əldə edib.
AzerTimes xəbər verir ki, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez belə açıqlama verib. Karakasda keçirilən tədbirdə VTV dövlət televiziyasına müsahibə verən Rodrigez ölkəsinin ABŞ-yə 500 milyon dollarlıq neft satışından danışıb. Rodrigez xam neft satışından ilk ödənişin Venesuela Mərkəzi Bankına çatdığını bildirib. Onun sözlərinə görə, 500 milyon dollardan 300 milyon dolları ölkəyə daxil olub. O, həmçinin inflyasiya və valyuta bazarındakı dalğalanmalara qarşı tədbirlərin görülməsindən bəhs edərək ölkəyə xarici valyuta axınının davam edəcəyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin sözçüsü Karolin Leavitt Vaşinqton və Karakas arasında 500 milyon dollarlıq müqavilənin imzalandığını elan etmişdi.

DOLLAR
AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN