​Netanyahu: “İranı bölmək yox, azad etmək istəyirik”

İsrail Baş naziri Benjamin Netanyahu İran ərazisində həyata keçirilən zərbələrlə bağlı açıqlama verib.

AzerTimes-ın məlumatına görə, o bildirib ki, hücumların məqsədi İran xalqına öz taleyini müəyyən etmək imkanı yaratmaqdır. Netanyahu qeyd edib ki, zərbələr zamanı hökumət obyektləri, nüvə infrastrukturu, komanda mərkəzləri və hərbi bazalar hədəfə alınıb.

Onun sözlərinə görə, həmçinin silah istehsalı zavodları, raket anbarları və yüzlərlə ballistik raket buraxılış qurğusu məhv edilib.

İsrailin baş naziri vurğulayıb ki, məqsəd İranı parçalamaq deyil:

“Biz İran xalqının taleyini öz əllərinə almağa imkan verən şərait yaradırıq. Biz İranı bölmək niyyətində deyilik. Biz İranı azad etmək istəyirik”, – deyə Netanyahu bildirib.