​Misir İranı ərəb ölkələrinə hücumlarını dayandırmağa çağırdı

Misir İranı ərəb ölkələrinə hücumlarını dayandırmağa çağırıb.

AzerTimes xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdül Əbilatsi belə deyib. O, tərəfləri regiondakı gərginliyi azaltmağa çağırıb. Misir Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Əbdül Əbilatsi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Oman, Bəhreyn, İraq, İordaniya və Suriyanın xarici işlər nazirləri ilə telefon danışıqları aparıb.

Bəyanatda qeyd olunub ki, Əbdül Əbilatsi Misirin ərəb ölkələri ilə tam həmrəyliyini təkrarlayıb və ədalətsiz hücumları qınayıb.