​Keçmiş baş nazir: “Maddi sıxıntım var”

Türkiyənin sabiq baş naziri Ahmet Davutoğlu səs-küylü açıqlama verib. Davutoğlu vaxtilə hökumətdə yüksək vəzifə tutmuş şəxslərin, keçmiş nazirlərin özəl şirkətlərdə çalışmasına etiraz edib.

AzerTimes xəbər verir ki, Ahmet Davutoğlu qatıldığı televiziya proqramında özəl şirkətlərdə çalışan sabiq nazirləri sərt tənqid edib:

“Onların davranışları dövlət tərbiyəsi ilə bir araya sığmır. Sən bu ölkənin baş naziri, naziri olmusan. Hansısa iş adamından pul almağı özünə necə sığışdırırsan? Özümüzə, dövlətimizə hörmət etməyi bacarmalıyıq”.

Keçmiş baş nazir özünün də maddi sıxıntı yaşadığını bildirib. Bildirib ki, ayda 185 758 lirə (təxminən 7500 manat) penisya alsa da, bu vəsait ailəsinin dolanışığına bəs etmir: “Mən baş nazir işləmişəm. Xarici ölkələrdən tez-tez qonaqlarım gəlir. Onları ölkəmin adına, özümün adına layiq yerlərə aparmalıyam. Buna isə çox vaxt imkanım çatmır. Amma hansısa özəl şirkətdə işləməyi də özümə rəva bilmirəm. Mənə işlə bağlı yüz dəfə təklif gəlib. Ancaq heç birini qəbul etməmişəm. İldə iki-üç dəfə konfranslarda çıxış edirəm. Yeganə qazancım aldığım qonorardır”.