​İranın yeni Ali Liderinin adı bəlli oldu

İranın yeni Ali Lideri bir neçə gün əvvəl həlak olmuş ölkənin mənəvi lideri Əli Xamenei ilə eyni soyadı saxlayacaq.

AzerTimes APA-ya istinadən xəbər verir ki, bu barədə İranın yeni liderinin seçkilərində iştirak edən Ekspertlər Şurasının üzvü bildirib.

“Biz İranın yeni liderini seçdik. Xamenei soyadı yeni Ali Liderdə qalacaq”, – şura üzvü “Al-Hadath” televiziyasına bildirib.

Qeyd edək ki, bu yaxınlara qədər bu vəzifəyə ən çox ehtimal olunan namizədin Xameneinin oğlu Müctəba olduğu düşünülürdü. Şənbə günü Müctəba Xameneinin bombardmanlarından birində yaralandığı haqda məlumat yayılmışdı.