​“Fənərbağça”nın ulduzu əməliyyat olundu

“Fənərbağça”nın təcrübəli futbolçusu Edson Alvarez zədə üzündən Hollandiyada əməliyyat olunub. Ulduz futbolçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

AzerTimes yerli mediaya istinadla xəbər verir ki, meksikalı yarımmüdafiəçinin ayaq biləyində ağrılar baş qaldırdığı üçün əməliyyat qaçılmaz olub.

Ulduz futbolçunun ən azı 4 həftə forma geyinə bilməyəcəyi açıqlanıb. O, həm Türkiyə Super Liqası, həm də UEFA oyunlarında komandasına kömək edə bilməyəcək.