​15 milyon borc alıb ölkədən qaçdı

Türkiyənin məşhur aktyoru Ceyhun Mengiroglu polis tərəfindən axtarışa verilib. Sənətçiyə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə istintaq başladılıb.

AzerTimes xəbər verir ki, Mengiroglu dostlarının və Türkiyənin bir neçə iri bankının rəhbərliyinin şikayəti əsasında axtarışa verilib. Məlum olub ki, aktyor ayrı-ayrı adamlardan və banklardan 15 milyon lirə (təxminən 600 min manat) borc alaraq ölkədən qaçıb.

40 yaşlı aktyorun həyat yoldaşı ilə birlikdə Baliyə qaçdığı bildirilir.

Qeyd edək ki, Ceyhun Mengiroglu “Yasak Elma”, “İkimizin Sirri”, “Maria” və Təşkilat” kimi maraqlı seriallarda yaddaqalan obrazlar yaradıb.