Zirinc dəmləməsinin qaraciyər və öd kisəsinə xeyiri

Zirinc dəmləməsinin qaraciyər və öd kisəsinə xeyiri

Zirincin digər adı “şimal limonu”dur. Zirincin kimyəvi tərkibi həqiqətən limona bənzəyir.

Zirinc faydalı orqanik turşular və vitaminlərlə zəngindir. Bu giləmeyvə ürəkbulanması zamanı yaxşı kömək edir, sidik yollarını təmizləyir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir, qadınlarda güclü menstruasiya qanaxmalarını və doğuşdan sonra qanaxmaları azaldır.

Zirinc qaraciyər və öd kisəsi üçün də çox faydalı sayılır.

Zirincin tərkibində olan “berberin” maddəsi güclü iltihabəleyhinə təsirə malik olduğundan qaraciyər və öd kisəsində iltihabları azaldır, ödün ifrazını yaxşılaşdırır.

Xalq təbabətində geniş istifadə olunan qaraciyər və ödün sağlamlığı üçün faydalı zirinc dəmləməsinin reseptini təqdim edirik:

1 xörək qaşığı zirinci 1 stəkan isti suda yarım saat ərzində dəmləyin, sonra gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin. Dəmləməyə bal əlavə edə bilərsiniz.

Bu dəmləmə həmçinin soyuqdəymə zamanı çox yaxşı kömək edir.