Zəngilanda sərhəd zastavasının açılışı oldu

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.

Yenicag.az xəbər verir ki, zastavanın açılışında DSX-nın rəis müavinləri İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.

Daha sonra dövlət himnimizin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.

Sonda mərasim iştirakçıları sərhəd zastavası ilə tanış olublar.

www.yenicag.az