Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Zəngilanda Dövlət Sərhəd Xidmtinin (DSX) yeni hərbi hissəsi tikilir.

AzerTimes-ın məlumatına görə, artıq son tamamlanma işləri aparılır.

Bu ayın sonuna kimi hərbi hissənin istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, bu günə kimi Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonunun bir hissəsində DSX-nin 10 yeni hərbi hissəsi tikilərək istifadəyə verilib. Daha 6-nın tikintisi aparılır.

Teqlər: