Zelenski Rusiya telekanalarına qarşı sanksiyaları uzatdı

Zelenski Rusiya telekanalarına qarşı sanksiyaları uzatdı

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya telekanallarına qarşı sanksiyaların tətbiqini əlavə olaraq üç il müddətinə uzadıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarlarının qüvvəyə minməsi haqqında müvafiq fərman Prezident Ofisinin saytında dərc edilib.

Fərmanda sanksiyaların təsiri altına, xüsusilə Rusiyanın “NTV” və “Birinci” telekanalları, həmçinin onların kabel şəbəkələri düşüb.

Daha əvvəl Ukrayna Prezidenti Rusiyanın sosial şəbəkələri və internet portallarına qarşı qadağaların uzadılması barədə fərman imzalamışdı.