“Zəfər yolu”nun tikintisini avqust ayında başa çatdırmağı hədəfləyirik – Türkiyəli nazir

Xocavənd. Elçin Mehdiyev – Trend:

“Zəfər yolu”nun tikintisini avqust ayının ortalarında başa çatdırmağı hədəfləyirik.

Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhlizin açılması Azərbaycan ilə Türkiyə arasında əlaqələri daha da gücləndirəcək.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu işğaldan azad olunan Xocavənd rayonuna səfəri çərçivəsində deyib.


O bildirib ki, işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrin tez bir zamanda başa çatdırılması istiqamətində işlər aparılır: “Biz də bu məsələlərdə əlimizdən gələn qədər Azərbaycana dəstək olacağıq. İki qardaş ölkə bunda sonra da böyük layihələrə imza atacaq və Türkiyə bölgənin inkişafına dəstək göstərəcək. Hazırda üzərinə dayandığımız “Zəfər yolu”nun tikintisini avqust ayının ortalarında başa çatdırmağı hədəfləyirik”.

Teqlər: