Zəfər muzeyinin konsepsiyasının hazırlanması üzrə bir sıra işlərə başlanılıb – Nazirlik

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Zəfər muzeyinin konsepsiyasının hazırlanması üzrə bir sıra işlərə başlanılıb.

AzerTimes-ın məlumatına görə, Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifəsini icra edən Nərgiz Abdulayeva bildirib. Onun sözlərinə görə, nazirlik tərəfindən muzeyin hazırlanmasına dair tədbirlər planı hazırlanıb:

“Burada muzeyin təşkilində iştirak edəcək dövlət qurumların siyahısı müəyyənləşdirilərək Nazirlər Kabinetinə təqdim olunub. Eyni zamanda nazirlik tərəfindən konsepsiyanın yaradılması ilə bağlı daxili işçi qrupu da yaradılıb. Artıq bununla bağlı iki iclas keçirilib və muzeyin ilkin konsepsiyası hazılanaraq müzakirəyə çıxarılıb”.


N.Abdullayeva qeyd edib ki, Zəfər muzeyi fondunun təşkili ilə bağlı işlərə başlanılıb:

“Artıq dövlət qurumlarına bununla bağlı müraciət etmişik ki, onlarda olan materiallar, eksponatlar, arxiv sənədlərini bizə təqdim etsinlər. Eyni zamanda bununla bağlı əhaliyə də müraicət olunub”.

Teqlər: