Zakir Qaralov baş prokurorluqdan getdi

Zakir Qaralov baş prokurorluqdan getdi

Azərbaycanın Baş Prokuroru Zakir Qaralovun səlahiyyət müddəti bitib.
Xatırladaq ki, 64 yaşlı Zakir Qaralov 25 aprel 2000-ci ildən sözügedən vəzifədə idi.

Baş Prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı əsasında namizədliyi irəli sürülən Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisidir.