Zakir Həsənov Moskvaya rəsmi səfərə yollandı

Zakir Həsənov Moskvaya rəsmi səfərə yollandı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyaya səfər edib.    

Müdafiə nazirliyindən verilən məlumata görə, nazirin Moskvaya səfəri rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqunun dəvəti ilə baş tutur.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları – 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.