Zakir Həsənov baş sağlığı verdi

Zakir Həsənov baş sağlığı verdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Fikri İşıka və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

Nazir həmkarına başsağlığını mayın 31-də Bakı vaxtı ilə saat 21.55-də Şırnak əyalətinin Uludərə rayonundakı Şenoba bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı verib.

“Qardaş Türkiyə Respublikasının Şırnak vilayatində baş vermiş helikopter qəzası nəticəsində biri general olmaqla çox sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı.
Biz bu dəhşətli hadisədən çox kədərlənirik.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.”