Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisinin ən çətin mərhələsi başa çatıb

Xəbər - Ləman Zeynalova – AzerTimes:

Bolqarıstana Azərbaycan qazını nəql edəcək Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinin ən vacib və ən çətin mərhələsi başa çatıb.

Bu barədə AzerTimes-ə ICGB AD layihə şirkətindən bildiriblər.

Məlumata əsasən, boru xəttinin Studen-Kladenets bəndinin altından çəkilməsi başa çatdırılıb: “Studen-Kladenets bəndinin altında üfüqi qazma işləri xəttin Maritsa çayının altı ilə uğurla keçirilməsindən sonra başladı. Bu işlərin 150 gün davam edəcəyi gözlənilsə də, subpodratçının çoxillik iş təcrübəsi qazma işlərinin peşəkarlıqla təşkil olunması sayəsində işlər iki aydan az müddətdə bitdi”.

Qeyd edək ki, IGB layihəsi “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.


Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: