“Yula” elanlar saytı “Odnoklassniki”yə birləşdi

“Yula” elanlar saytı “Odnoklassniki”yə birləşdi

“Mail.ru Group” pulsuz elanlar saytı “Yula”nın məhsul bazasını “Odnoklassniki” sosial şəbəkəsinə inteqrasiya edib.

İnteqrasiya “Yula”nın bazasını “Odnoklassniki”də və xidmətin özündə sinxronlaşdırmağa imkan verəcək. Yəni “Odnoklssniki”də çıxan elan Yula”da da görünəcək və ya əksinə.

“Yula” istifadəçinin yaxınlığında müxtəlif kateqoriyalı malları axtarıb tapmağa imkan verən elanlar xidmətidir. Bu məqsədlə geolokasiya funksiyasından istifadə edilir. Bu funksiya “Odnoklassniki”də yaradılacaq yeni bölmədə də olacaq. Xidmətə istinad linki profil fotolarının altında yerləşdiriləcək.

Hazırda xidmətin yalnız veb versiyası mövcuddur. Gələcəkdə isə iOS və Android üçün də əlçatan olacaq.