“YouTube”un işində qüsurlar qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

“YouTube” video portalının işində qüsurlar qeydə alınıb.

Trend-in məlumatına görə, portalın işində qüsurlar barədə müraciətlər əsasən ABŞ-dan daxil olub.

Qeyd olunur ki, istifadəçilərin 76 faizi videolara baxa bilməməkdən, 18 faizi saytın işindən, 4 faizi isə öz hesablarına daxil ola bilməməkdən şikayət edib.