YouTube’un rəqibi gəlir: “Facebook WATCH”

YouTube’un rəqibi gəlir:  “Facebook WATCH”

“Facebook” şirkəti özünün sosial şəbəkəsi üçün eksklüziv olacaq serial və verilişlərin izlənməsi imkanını verəcək Watch adlı servisini təqdim etdi.

Bugündən etibarən sözügedən servis, ABŞ-ın bir sıra vətəndaşları üçün aktiv olacaq. Lakin bir müddətdən sonra o daha çox insan üçün təqdim olunacaq. Watch servisini, iOS, Android platformalı smartfonlar, veb və xüsusi televizor tətbiqi vasitəsilə izləmək olacaq.

İstifadəçilər bu servis vasitəsilə serialları və verilişləri izləyə, həmçinin ən çox müzakirə olunan, ən gülməli və s. kimi kateqoriyalarda müxtəlif videolar axtara biləcəklər.

Şirkətin bildirdiyinə görə yeni servis həm yeni kontent sevən istifadəçilər üçün, həmdə onun vasitəsilə yeni auditoriya axtaran, yeni pərəstişkarlar birliyi yaradaraq pul qazanmaq istəyən insanlar üçün də yaradılıb.

Güman olunur ki, uğurlu olacağı halda bu servis, sosial şəbəkənin əsas gəlir mənbələrindən biri ola bilər. Bununla yanaşı o, YouTube, Netflix və Amazon kimi servislərlə də rəqabət apara bilər.