Yevlaxda yük maşını piyadanı vuraraq öldürüb

Yevlaxda yük maşını piyadanı vuraraq öldürüb

Hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.

53 yaşlı Arif Əliyev yolu keçən zaman yük maşını onu vurub.

Yaralı hadisə yerində keçinərək, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.