Yevlaxda bağlı qapı arxasında kişi meyiti aşkarlandı

Yevlaxda bağlı qapı arxasında kişi meyiti aşkarlandı

Yevlax şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumaat görə, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Əlioğlu Həsən Nəbi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.